Yay transfer pəncərəsində fəallığı ilə seçilən Türkiyənin “Qalatasaray” klubu heyətini qapıçı ilə də gücləndirmək istəyir.
Olimpnews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın əsas hədəfi Fransanın PSJ klubunun qapıçısı Matvey Safanovdur. “Aslanlar” bu transferi də yekunlaşdıraraq qapıçı problemini həll etməyə çalışacaqlar.
PSJ Lukas Kevalier transferini yekunlaşdırdıqdan sonra klubun üçüncü qapıçısı olacağı gözlənilən M.Safanov da bu transferə müsbət yanaşır. Qapıçının transfer qiyməti 20 milyon avrodur.
Bu yay Leroy Sane ve Viktor Osmihen kimi məşhur futbolçuları heyətinə cəlb edən “Qalatasaray” klubunun rəhbərliyi tezliklə rusiyalı qapıçının da transferini tamamlayacaq.
"Qalatasaray" axtardığı qapıçını Fransada tapdı
