İngiltərə klubu rekord məbləğ hazırlayıb

İngiltərə klubu rekord məbləğ hazırlayıb

"Mançester Yunayted" braziliyalı vinger Vinisius Junioru 200 milyon avroya almaq üçün Madrid "Real"ına təklif göndərməyə hazırlaşır. 

Olimpnews.az Fichajes portalına istinadən xəbər verir ki, İngiltərə klubu Vinisiusun maaş anlaşmazlığı səbəbindən klubla yaranmış qeyri-müəyyənlikdən yararlanmaq istəyir.

Qeyd edək ki, bu transfer həll olunsa İngiltərə çempionatı üçün yeni rekord sayılacaq.