Stend atıcıları beynəlxalq turnirdə

Stend atıcıları beynəlxalq turnirdə

Fevralın 14-də Qətərin paytaxtı Dohada stend atıcılığı üzrə beynəlxalq turnir start götürüb. Yarışda baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Azərbaycan yığma komandası da iştirak edir.
Millimiz yarışdan əvvəl Dohada təlim-məşq toplanışında olub. Beynəlxalq turnir fevralın 20-də yekunlaşacaq.