"Real"ın təklifi "şəhərlilər"i hərəkətə gətirdi 

"Real"ın təklifi "şəhərlilər"i hərəkətə gətirdi 

"Mançester Siti" rəhbərliyi yarımmüdafiəçi Rodriyə yeni müqavilə təklif etmək niyyətindədir.

Olimpnews.az jurnalist Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, futbolçu ilə yeni müqavilə 2029-cu ilin iyun ayına kimi hesablanacaq. Bundan başqa o, norveçli hücumçu Erlinq Haalanddan sonra komandanın ən çox maaş alan ikinci futbolçusu olacaq.

Qeyd edək ki, Madrid "Real"ı Rodri üçün "şəhərlilər"ə 100 milyon avro ödəməyə hazırdır.