"Vulverhempton"un cinah oyunçusu Qonzalo Quedeş "Real Sosyedad"a keçib.
Olimpnews.az xəbər verir ki, məlumatı La Liqa təmsilçisinin mətbuat xidməti yayıb. Bildirilir ki, portuqaliyalı futbolçunun San Sebastian klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb.
Qeyd edək ki, Quedeş ötən mövsüm İngiltərə çempionatında 29 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllfi olub.