Lukman özünə yeni klub tapıb

Lukman özünə yeni klub tapıb

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Milan "İnter"ində davam etdirmək istəyir.

Olimpnews.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib. Mənbənin sözlərinə görə, nigeriyalı futbolçu artıq Berqamoda oynamaq fikrində olmadığını açıqlayıb.

Qeyd edək ki, 27 yaşlı Lukman ötən mövsüm bütün yarışlarda 40 matçda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın məlumatına görə, Lukmanın keçidi 60 milyon avro dəyərindədir