Formula 1-in keçmiş pilotlu Ralf Şumaxer bildirib ki, yeddiqat dünya çempionu, "Ferrari" britaniyalı sürücüsü Lyuis Hemilton uğursuz çıxışlarına görə karyerasını bitirmək qərarına gələ bilər. "Açığını deyim ki, Lyuis maşının öhdəsindən gələ bilmir. Aydındır ki, Hemilton sürmə tərzini tamamilə dəyişə bilməz. Bəli, yaşla sürətin azalması tendensiyası var ki, bu da özünü çox tez göstərir. O, hazırda böyük məyusluq yaşayır və nə edəcəyini anlamır. Təbii ki, Lyuis hazırda bu qərarı götür-qoy edir”, - GPblog portalı Şumaxerdən sitat gətirib.
"Lyuis maşının öhdəsindən gələ bilmir" - Şumaxer
jpg-1754415879.jpg)