"Barselona" Ter Şteqeni tapa bilmir 

"Barselona" Ter Şteqeni tapa bilmir 

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre Ter Şteqen klubun La Liqa Tibb Komitəsinə zədəsi ilə bağlı hesabat göndərməsi üçün tibbi sənədə imza atmaqdan və təsdiq verməkdən imtina edib. 
Olimpnews.az xəbər verir ki, beləliklə, almaniyalı qapıçı maaşının 80 faizinin transfer qeydiyyatlarında istifadə olunması seçiminin qarşısını alıb.
Klub rəhbərliyi onun bu mövqeyinə görə, dərhal intizam işi açıb və bu cəzayla nəticələnə bilər. Kataliniyalılar hesab edir ki, onun bu davranışı həm klub, həm də komanda yoldaşları üçün zərərlidir. Klub rəhbərliyi Ter Ştegenlə danışmağa çalışıb, lakin onu heç yerdə tapa bilməyiblər. Qapıçı ümumiyyətlə telefon zənglərinə də cavab verməyib.