Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında VAR hakimləri də nəzarət altında olacaq.
Olimpnews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu bildirib. O qeyd edib ki, ilk turdan etibarən VAR otağında bir müşahidəçi olacaq.
"Yeni mövsümdən etibarən VAR otağında bir müşahidəçi də olacaq. Bu addımı atmaqda iki əsas məqsədimiz var. İlk növbədə VAR otağında proseslərin təlim məqsədilə aparılıb-aparılmadığını qiymətləndirməyə çalışacağıq. Digər məqsədimiz isə hər bir sistemin nəzarət altında olmasını təmin etməkdir ki, şəffaflıq tam qorunsun", - deyə Ferhat Gündoğdu bildirib.
Türkiyə Super Liqasında nəzarətə nəzarət
