Zidan yığmanın baş məşqçisi olacaq 

Zidan yığmanın baş məşqçisi olacaq 

Madrid "Real"ının keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisinə rəhbərlik edəcək.

Olimpnews.az RMC jurnalisti Gilbert Brisboya istinadən xəbər verir ki, hazırkı baş məşqçi Didye Deşamın dünya çempionatından sonra millini tərk edəcəyi dəqiqləşib. 

Xatırladaq ki, Deşam 2012-ci ildən Fransa millisinə başçılıq edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionatının, eləcə də 2022-ci ildə Millətlər Liqasının qalibi olub. Bundan əlavə  "xoruzlar ölkəsi"nin futbolçuları Avro-2016 və DÇ-2022-də ikinci yerə layiq görülüblər.

53 yaşlı Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. Onun rəhbərliyi altında "Kral klubu" üç dəfə Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.