"Olimpik Marsel" "Yuventus"un futbolçusunu heyətinə cəlb etdi 

"Olimpik Marsel" "Yuventus"un futbolçusunu heyətinə cəlb etdi 

Fransanın "Olimpik Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Olimpnews.az xəbər verir ki, Fransa təmsilçisi "Yuventus"un futbolçusu Timoti Veanı icarə əsasında heyətinə cəlb edib. 
Müqavilənin şərtlərinə görə futbolçu "Olimpik Marsel"lə 1 illik müqavilə baglayıb. Bunun üçün Turin təmsilçisinə 1 milyon avro ödənilib. Müqavilədə 14 milyon avroluq icbari satınalma bəndi və əlavə 1 milyon avroluq bonuslar da yer alıb.