PSJ hücumçu Bredli Barkola ilə müqavilənin artırılması ilə bağlı danışıqları davam etdirir.
Olimpnews.az jurnalist Fabrizio Romanoya istinadən bildirib ki, futbolçunun parislilərlə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Hazırda 22 yaşlı futbolçu ilə "Arsenal", "Bavariya" və "Liverpul" komandaları yaxından maraqlanır.
Qeyd edək ki, ötən mövsüm Barkola 64 matçda, 21 qol və eyni sayda 21 məhsuldar ötürmə ilə diqqət çəkib.