"MLS-də oynamaq elə də asan olmayacaq"

"MLS-də oynamaq elə də asan olmayacaq"

"Tottenhem"in cənubi koreyalı hücumçusu Son Hın-min yeni mövsümə "Los-Anceles"də başlayacaq.

Olimpnews.az xəbər verir ki, 33 yaşlı futbolçu Amerika klubu ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.

"Dünyanın ən məşhur idman şəhərlərindən birində böyük ambisiyaları olan "Los Anceles" klubuna qoşulmaqdan qürur duyuram. MLS-də oynamaq elə də asan olmayacaq. Amma çalışacağam ki, burada məni hamı sevsin”, - klubun mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirib.