Yaponiyalı futbolçu Frankfurtu seçdi  

Yaponiyalı futbolçu Frankfurtu seçdi  

"Frayburq"un yarımmüdafiəçisi Ritsu Doan "Ayntraxt"a keçib.

Olimpnews.az Frankfurt komandasınınmətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yaponiyalı yeni klubu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb. Onun transferi "Ayntraxt"a 21 milyon avroya başa gəlib.

Qeyd edək ki, ötən mövsüm Doan bundesliqada  34 matçda 10 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.