Anqolalı futbolçu icarəyə verilib

Anqolalı futbolçu icarəyə verilib

"Fiorentina"nın hücumçusu MBala Nzola "Piza"nın heyətinə cəlb olunub.

Olimpnews.az xəbər verir ki, 28 yaşlı anqolalı 30 iyun 2026-cı ilə qədər icarəyə götürülüb. Nzola da buna qədər "Lans" və "Speçia" formasını geyinib. O, peşəkar klub səviyyəsində 282 matçda 75 qol vurub və 24 məhsuldar ötürmə edib.