Klublararası dünya çempionatında özünü sübut edən Madrid "Real"ının hücumçusu Qonzalo Qarsia ilə yeni müqavilə imzalanacaq.
Olimpnews.az xəbər verir ki, "Kral" klubunun rəhbərləri 21 yaşlı futbolçu ilə əməkdaşlığı 2030-cu ilə qədər artırmaq istəyirlər. Bundan başqa müqaviləyə bir milyard avro məbləğində nəhəng bənd də daxil ediləcək. Torresin hazırki alış məbləği 50 milyondur.
Xatırladaq ki, Torres ABŞ-da klublararası dünya çempionatında altı oyunda 4 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.