"Arsenal" gənc yarımmüdafiəçi ilə müqaviləni yenilədi 

"Arsenal" gənc yarımmüdafiəçi ilə müqaviləni yenilədi 

İngiltərənin "Arsenal" klubu futbolçusu Etan Nvaneri ilə mövcud müqaviləni yeniləyib. 
Olimpnews.az London klubuna istinadən xəbər verir ki, "topçular" 18 yaşlı futbolçu ilə 5 illik yeni müqavilə imzalayıblar.  
Qeyd edək ki, ingiltərəli cinah yarimmüdafiəçi 2022-ci ildən "Arsenal"ın formasını geyinir. O, bu müddət ərzində 28 oyunda meydana çıxıb və 4 qolla yadda qalıb.