"Əl-Nəsr" dayanmaq bilmir - Feliks və Martinezdən sonra Kinqsli Kuman

"Əl-Nəsr" dayanmaq bilmir - Feliks və Martinezdən sonra Kinqsli Kuman

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir. 
Olimpnews.az xəbər ki, ərəblər Almaniyanın "Bayern Münhen" klubunda forma geyinən Kinqsli Kumanı transfer etmək niyyətindədir. 
"Əl-Nəsr" rəhbərliyi fransalı futbolçu üçün artıq danışıqlara başlayıb. Klub rəhbərliyi tezliklə transfer məsələsini yekunlaşdırmaq istəyir. 
Qeyd edək ki, "Əl-Nəsr" klubu daha əvvəl Joao Felixi heyətinə cəlb edib. Ərəblər həmçinin "Barselona"nın mərkəz müdafiəçisi İniqo Martinezin də transferini yekunlaşdırmaq üzrədir.