Serbiyalı futbolçunun yeni klubu müəyyənləşdi 

Serbiyalı futbolçunun yeni klubu müəyyənləşdi 

Türkiyənin "Fənərbağça" klubundan ayrılan serbiyalı futbolçu Duşan Tadiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 
Olimpnews.az xəbər verir ki, 36 yaşlı futbolçu "Əl-Vəhda" klubu ilə müqavilə imzalayıb. 
Qeyd edək ki, Tadiç ötən mövsüm "Fənərbağça" klubunun heyətində 53 matçda meydana çıxıb və 13 qolla yadda qalıb.