“Mançester Siti” klubunun baş məşqçisi Pep Quardiola NBA ilə bağlı fikirlərini bölüşüb.
Olimonews.az xəbər verir ki, o basketbolu və NBA-nı həyatında vacib hesab edir.
"Çox əla basketbol əfasanələrini görmüşəm. Bu gün onlarla rast gələndə qürur duyuram. Nə yaxşı ki, Lebron Ceyms, Maykl Cordan, Luka Donçiç və digər ulduzlarla münasibət qurmuşam"- deyə amerikalı insayder Mark Steyn Pepdən sitat gətirib
Qeyd edək ki, ispaniyalı baş məşqçi ötən il NBA finalında "Boston Celtics" - "Dallas Mavericks" matçında iştirak etmişdi.