"Red Bull Rasinq" Formula 1 komandası yüksək səviyyəli strategiya mühəndisi vəzifəsinə vakansiya elan edib.
Olimpnews.az xəbər verir ki, bu barədə öz LinkedIn səhifəsində strategiya rəhbəri vəzifəsini tutan Hannah Schmits məlumat verib.
Xatırladaq ki, Şmits bu vəzifəyə ötən ilin sonunda Uill Kortni komandadan ayrıldıqdan sonra təyin olunub. Kortni isə "McLaren"ə keçib.
Qeyd edək ki, Macarıstan Qran Prisindən sonra "Red Bull Rasinq" 194 xalla Mühəndislər kubokunda dördüncü yerdə qərarlaşıb.