Formula 1-in əsas səhmdarı olan "Liberty Media" şirkəti 2025-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, hesabatda qeyd olunur ki, bu dövr ərzində gəlirlər 1,34 milyard dollar təşkil. Bu da 2024-cü ilin eyni rübündən 35 faiz artıqdır. Bundan başqa əməliyyat mənfəəti də iki dəfədən çox yüksəlib. Crash.net portalının yaydığı xəbərə görə, Formula 1-in əsas gəliri - 1,03 milyard dollara promouterlərdən, sponsorlardan və yayım hüquqlarının satışından gəlib. Ötən il bu rəqəm 739 milyon dollar olub. Rüb ərzində komandalara 513 milyon dollar pul mükafatı ödənilibsə, 2024-cü ildə bu rəqəm 435 milyon dollar olub.