Kayak və kanoe üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışındadır. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan Belmeken idman bazasında keçirilən hazırlıq prosesi martın 3-dək davam edəcək. Yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa kanoeçilərdən Sergey Bezuqlı, Aleksey Kupin, Anatoli Melnik, Mikola və Taras Matviyçuku, eləcə də kayakçı Mirnazim Cavadovu cəlb edib. Məqsəd idmançılarımızın il ərzində keçiriləcək nüfuzlu reqatalar ərəfəsində fiziki hazırlıqlarını yüksəltməkdən ibarətdir.
Qeyd edək ki, Belmeken idman kompleksində müasir mehmanxana kompleksi, trenajor zalı, üzgüçülük hovuzu, trenajor zalı, xizək trası mövcuddur. Kayak və kanoeçilərimiz də bu imkanlardan maksimum yararlanmağa çalışırlar.