“Beşiktaş”ı azad agent statusunda tərk edən Konqo Demokratik Respublikasının müdafiəçisi Artur Masuaku “Sanderlend”ə keçib.
Olimpnews.az “Qara pişiklər”in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb. Masuaku daha əvvəl İngiltərə Premyer Liqasında "Vest Hem"də çıxış edib. O, "Valensien" və "Olimpiakos" da da oynayıb.