Formula 1 üzrə keçmiş pilot Conni Herbert "Ferrari"nin sürücüsü Lyuis Hemiltonun bu mövsüm uğursuz çıxışı barədə öz fikirlərini bölüşüb. Olimpnews.az az xəbər verir ki, Herbertin sözlərinə görə, britaniyalı pilotun nəticələrinin aşağı düşməsinin əsas səbəbi yaşla əlaqədardır. "Bacarıqlar, reaksiya sürəti - bütün bunlar yaş ötdükcə pisləşir. Sürücü bu barədə heç nə edə bilməz. Həmişə belə olub. Belə olduğu təqdirdə karyeranı bitirməyin vaxtı olur. Yarışları zamanında tərk etmək lazımdır ki, əvvəlki uğurların öz dəyərini itirməsin. Məncə, Lyuis indi tam olaraq bu vəziyyətdədir. O, əvvəlki formaya geri qayıtmaq şansının olmadığını başa düşməlidir", - deyə Herbert vurğulayıb.
Qeyd edək ki, Hemilton gələn ilin yanvarında 41 yaşını qeyd edəcək.
"Yarışları zamanında tərk etmək lazımdır ki…"
