Kuman "Əl-Nəsr"də 

Kuman "Əl-Nəsr"də 

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu fransalı futbolçu Kinqsli Kumanın transferini yekunlaşdırıb. 
Olimpnews.az xəbər verir ki, Kriştianu Ronaldo ilə yeni müqavilə imzalayan klub Joao Feliks və İniqo Martines transferindən sonra "Bayern Münhen"in futbolçusu Kinqsli Kumanı da heyətinə cəlb edib. Ərəblər fransalı futbolçuya görə Bundestim təmsilçisinə 30 milyon avro ödəyəcək. 29 yaşlı vinqerlə 3 illik müqavilə imzalanacaq. Kinqsli Kuman yeni klubunda ilinə 25 milyon avro qazanacaq.