Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər 

Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər 

İngiltərənin "Everton klubu Mançester Siti" klubunun futbolçusu Cek Qrilişi icarə əsasında heyətinə cəlb etməyə yaxındır. 
Olimpnews.az Sky Sports-a istinadən xəbər verir ki, artıq tərəflər bununla bağlı razılığa da gəliblər. Müqaviləyə İngiltərə millisinin 50 milyon funt sterlinqlik oyunçusunu almaq imkanı da daxildir. 
Gələn ay 29 yaşı tamam olacaq 30 yaşlı hücumçu "Everton" un baş məşqçisi Devid Moyesin heyran olduğu oyunçudur.
Futbolçunun özü də karyerasını "Everton"da davam etdirməkdə maraqlıdır. Qrilişin yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir.