Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk iştirakçıları müəyyənləşəcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mərhələdən cəmi bir qələbə və ya heç-heçə ayırır. Ağdam təmsilçisi Bakıda keçirilən III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Oyunun baş hakimi Niderlanddan olan Danni Makkeli olacaq.
Xatırladaq ki, bu komandlar arasında Skopyedə keçirilən ilk oyunda Qurban Qurbanovun komandası minimal hesablı qələbə (1:0) qazanmışdı. Matçda vurulan yeganə qolun müəllifi 18-ci dəqiqədə penaltidən fərqlənən Toral Bayramov olmuşdu.
Çempionlar Liqası: “Qarabağ” pley-offun bir addımlığında
