Donnarumma PSJ-dən gedir

Donnarumma PSJ-dən gedir

PSJ klubunun qapıçısı Canluici Donnarumma komandadan ayrılacağını qətiləşdirib. 
Olimpnews.az xəbər verir ki, italiyalı qapıçı artıq komandanın düşərgəsindən uzaqlaşdırılıb. 26 yaşlı qapıçı hətta baş məşqçinin qərarı ilə UEFA Superkubokunun finalı üçün də komandanın heyətinə daxil edilməyib. Klub yeni mövsümdə Lukas Kevalieri əsas qapıçı kimi meydanda görmək istəyir. 
Qeyd edək ki, italiyalı qapıçı ilə İngiltərənin “Mançester Siti” və “Mançester Yunayted” klubları maraqlanırdı.