Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Niderlandın "Feyenoord" klubunu 5:2 hesabı ilə məğlub edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan "zanbaqlar ölkəsi"nin komandası səfərdə də matça inamlı başlayıb. Bunun məntiqi nəticəsi olaraq Vatanabe 41-ci dəqiqədə hesabı açıb. Lakin ilk hissədə, 44-cü dəqiqədə Arşie Braun hesabı bərabərləşdirib. Vurulan qoldan üç dəqiqə sonra Yohan Duran komandasını hesabda irəli çıxarıb -2:1. Matçın ikinci hissəsinə də üstün başlayan Türkiyə təmsilçisi əvvəlcə Fredin (55), daha sonra isə Youssef En-Nesrinin sayesində (83) hesabdaki üstünlüyü bir qədər də artırıb. 89-cu dəqiqədə Vatanabe komandasını ümidləndirsə də, 90+6-cı dəqiqədə Talişka Fənərbağçanın hesabdaki üstünlüyünü yenidən artırıb-5:2. Beləliklə iki oyunun nəticəsinə görə, 6:4 hesabı ilə qalib gələn "Fənərbağça" klubu pley-offa vəsiqə əldə edib.
"Fənərbağça" "Feyenoord" səddini keçdi
