Azərbaycan çempionu “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, komandamız Liqa mərhələsinə vəsiqə uğrunda həlledici oyunda Macarsıtanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Macarıstan klubu
Macarıstan təsmilçisi III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubuna iki oyunun nəticəsinə görə 3:0 (0:0, 3:0) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında ilk oyun avqustun 19-da səfərdə keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da baçlayacaq. Bu komandalar arasında cavab oyunu isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Hımin oyun isə Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.