Konfrans Liqası: "Başakşəhər" pley-offun bir addımlığında 

Konfrans Liqası: "Başakşəhər" pley-offun bir addımlığında 

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə yalnız bir görüş keçiriləcək. Türkiyə təmsilçisi "Başakşəhər" İstanbulda Norveçin "Vikinq" klubunu qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. 

Qeyd edək ki, bu komandalar arasında Norveçdə keçirilən ilk oyunda "Başakşəhər" klubu 3:1 hesablı qələbəyə sevinmişdi. Konfrans Liqasında pley-off mərhələsinin növbəti iştirakçılarının adına sabah aydınlıq gələcək.