Premyer Liqanın ilk turu Jota ilə başlayacaq

Premyer Liqanın ilk turu Jota ilə başlayacaq

İngiltərə Premyer Liqasının ilk turunda "Liverpul"un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jotanın xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Olimpnews.as BBC-yə istinadən xəbər verir ki, Premyer Liqanın yeni mövsümü avqustun 15-də "Liverpul" - "Bornmut" matçı ilə start götürəcək.
Məlumat üçün bildirək ki, Dieqo Jota və qardaşı iyulun 3-də İspaniyanın Zamora əyalətində avtomobil qəzasında faciəvi səkildə həlak olublar.