18 yaşlı şotlandiyalı yarımmüdafiəçi Lennon Miller doğma klubu "Mozervell"i tərk edərək, "Udineze"yə keçib.
Olimpnews.az Friuliyalıların rəsmi saytına istinadən xəbər verir ki, İtaliya klubu gənc futbolçu üçün 5,5 milyon avro ödəyib.
Qeyd edək ki, Miller ötən mövsüm Şotlandiya klubunda 76 oyun keçirib, 5 qol və 11 məhsuldar müəllifi olub.
Doğma kubunu tərk etdi
