Madrid skautları gənc futbolçunu diqqətdə saxlayırlar

Madrid skautları gənc futbolçunu diqqətdə saxlayırlar

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton Madrid "Real"ın ciddi hədəf obyektinə çevrilib. 
Olimpnews.az Mail Sporta istinadən xəbər verir ki, İspaniya nəhənginin skautları yarımmüdafiəçinin inkişafını diqqətlə izləməkdə davam edirlər. Onlar 21 yaşlı futbolçunun oyununu izləmək üçün dəfələrlə İngiltərəyə gəliblər
Qeyd edək ki, Adam Uortonun Transfermarkt saytında qiyməti 45 milyon avro dəyərindədir. Futbolçunun "Qartallarla" müqaviləsi 2029-cu ilə qədər hesablanıb.