"Liverpul" "Parma"dan futbolçu alır

"Liverpul" "Parma"dan futbolçu alır

İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə cəlb etmək istəyir. 
Olimpnews.az xəbər verir ki, "mersisaydılar" 18 yaşlı müdafiəçi Covanni Leonini transfer etməyə yaxındır. İtaliyanın "Parma" klubunda çıxış edən müdafiəçi ilə artıq şəxsi razılıq əldə olunub. İtaliya təmsilçisi futbolçuya görə, İngiltərə nəhəngindən 30 milyon avro tələb edir.