Türkiyənin "Fənərbağça" və Portuqaliyanın "Benfika" klubunun rəhbərliyi ilə Kerem Aktürkoğlu transferində ortaq məxrəcə gəlib.
Olimpnews.az xəbər verir ki, "sarı-lacivərdilər" türkiyəli futbolçu üçün 25 milyon avro ödəyəcək. Futbolçu tibbi muayinələrdən keçmək və müqavilə imzalamaq üçün bu həftə İstanbula gələcək. 26 yaşlı futbolçu yeni klubunda ilinə 5 milyon avro + 1 milyon avro bonus əldə edəcək.
Qeyd edək ki, K.Aktürkoğlu keçən sezon "Benfika" klubunun heyətində 53 oyunda forma geyinib, 16 qol vurub və 13 qol ötürməsi ilə yadda qalıb.
"Fənərbağça" Kərəm Aktürkoğlu transferini yekunlaşdırdı
