Konfrans Liqası: İstanbul təmsilçisi pley-offa vəsiqə qazandı 

Konfrans Liqası: İstanbul təmsilçisi pley-offa vəsiqə qazandı 

Türkiyənin "Başakşəhər" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab oyununda Norveçin "Vikinq" klubu ilə 1:1 hesablı heç-heçə edərək bu hüquqa yiyələnib. Qeyd edək ki, bu komandalar arasında Norveçdə keçirilən ilk oyun Türkiyə təmsilçisinin 3:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı.