İtaliyanın "Milan" klubu yay transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Olimpnews.az xəbər verir ki, "rossonerilər" İngiltərənin "Mançester Yunayted" klubundan icarə əsasında Rasmus Hoylundu heyətinə cəlb etməyə yaxındır. İcarə üçün 6 milyon avroya razılıq əldə olunub. Müqavilədə 45 milyon avroluq satınalma bəndi də yer alacaq.
"Milan" Hoylundu heyətinə cəlb edir
