Fransanın PSJ klubu UEFA Superkubokunun qalibi olub.
Olimpnews.az xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən həlledici oyunda parislilər Avropa Liqasının qalibi İngiltərənin "Tottenhem" klubuna qalib gələrək baş mükafata sahib olub. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matça fəal başlayan ingilislər 39-cu dəqiqədə hesabı açıblar. Mini Van de Ven fərqlənib. Matçın 48-ci dəqiqəsində isə Romero fərqi iki topa çatdırıb. Lakin Luis Enrikenin komandası təslim olmayıb. Əvvəlcə Lee Kanq-in fərqi minimuma endirib. 90+4-cü dəqiqədə isə Qandakı Ramos hesabı bərabərləşdirərək matçı əlavə dəqiqələrə daşıyıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə dəqiqələrdə komandalardan heç biri fərqlənə bilmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:3) parislilər tarixində ilk dəfə UEFA Superkubokun qalibi olub.
PSJ UEFA Superkubokunun qalibi oldu
