Konfrans Liqası: "Sabah" Bakıda "Levski"ni qəbul edəcək

Konfrans Liqası: "Sabah" Bakıda "Levski"ni qəbul edəcək

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək. 

Olimpnews.az xəbər verir ki, Azərbaycanın turnidəki təmsilçisi "Sabah" da bu gün pley-offa vəsiqə uğrunda həlledici oyuna çıxacaq. Komandamız Bakıda, Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstan "Levski"si ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi ukraynalı Mikola Balakin olacaq. 

Qeyd edək ki, bu komandalar arasında Sofiyada keçirilən ilk qarşılaşma rəqibin son saniyələrdə qazandığı minimal hesablı qələbəsi (1:0) ilə başa çatmışdı. Bu oyunun qalibi Liqa mərhələsinə vəsiqə uğrunda görüşdə "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.