Konfrans Liqası: "Araz-Naxçıvan" "Omoniya" ilə üz-üzə

Konfrans Liqası: "Araz-Naxçıvan" "Omoniya" ilə üz-üzə

Azərbaycanın "Araz-Naxçıvan" klubu bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Olimpnews.az xəbər verir ki, komandamız Kiprdə "Omoniya"nın qonağı olacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Qarşılaşmanı danimarkalı baş hakim Yakob Kehlet idarə edəcək. 

Xatırladaq ki, bu komandaların Bakıdakı ilk mübarizəsi Kipr təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.