UEFA Superkuboku növbəti illərdə dörd komandanın iştirakı ilə keçirilə bilər.
Olimpnews.az The Telegrapha istinadən xəbər verir ki, formatı dəyişdirilən turnir Avropadan kənarda, məsələn, ABŞ və ya Yaxın Şərqdə təşkil oluna bilər. Yenilənən turnirin yarımfinal və final mərhələsindən ibarət olacağı nəzərdə tutulub. Bununla belə, Avropa Liqası və Çempionlar Liqasının qaliblərindən başqa, hansı komandanın Superkuboka qoşulacağı barədə müzakirələr aparılır.