PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkuboku matçında "Tottenhem" üzərində qələbədən (penaltilər seriyasında 2:2, 4:3) sonra fikirlərini bölüşüb.
"Etiraf edim ki, biz bu kuboka layiq deyilik. Biz altı həftəlik məşq edən "Tottenhem"lə cəmi 6 günlük məşqimiz arasında fərqi gördük. Bu, çox böyük fərqdir. Nəticədən razıyam, lakin bu, tamamilə ədalətli deyil", -deyə RMC Sport Enrikenin sözlərindən sitat gətirib.
Luis Enrike: "Biz bu kuboka layiq deyilik"
