İngiltərənin "Mançester Siti" klubu Madrid "Real "ının braziliyalı hücumçusu Rodriqonu diqqətdə saxlayır.
Olimpnews.az insayder Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticə ilə yekunlaşıb. "Mançester Siti"nin niyyətinin ciddiliyini göstərmək üçün braziliyalıya 2030-cu ilə qədər müqavilə təklif etməyə hazır olduğu iddia edilir. Qərarı isə Rodriqonun özü verəcək. Əgər o, getmək istəsə, "Real" 100 milyon qazanc əldə edəcək.