İngiltərəli futbolçu "zadəganlar"dan narazıdır

İngiltərəli futbolçu "zadəganlar"dan narazıdır

"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka komanda yoldaşlarından narazıdır. 
Olimpnews.az Sport Bildin məlumatına istinadən xəbər verir ki, bu səbəbdən də o, "zadəganlar"ı tərk etmək qərarına gəlib. İngiltərəli futbolçu ötən mövsümün ikinci yarısında icarə əsasında çıxış etdiyi "Borussiya"ya qayıtmağa ümid edir.

Qeyd edək ki, Transfermarkt portalı 21 yaşlı futbolçunun dəyərini 18 milyon avro ilə qiymətləndirib.