"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate "Real"ın futbolçusu olmağa namizdədir.
Olimpnews.az Diario AS-a istinadən xəbər verir ki, “Kral klubu” cari transfer pəncərəsinin son günlərində fransalı futbolçu ilə müqavilə imzalamağa cəhd edəcək. İbrahima Konate özü də bu təklifi yüksək dəyərləndirib. Yayılan xəbərlərə görə, "Real" 26 yaşlı futbolçu üçün 25 milyon avrodan çox pul təklif etməyəcək.