"Barselona"nın qapıçısı Xoan Qarsiya "Espanyol" azarkeşlərinin rəqib komandaya keçməsi ilə bağlı reaksiyalarından danışıb.
"Mən "Espanyol" azarkeşlərini başa düşürəm. Onlar mənə görə məyus olublar. Bu barədə əvvəldən düşünmüşəm. Qərarı özüm, ailəm və gələcəyim üçün verməliydim".
Qeyd edək ki, 24 yaşlı qapıçı iyunda "Barselona"ya 25 milyon avroya müqabilində transfer olunub. "Espanyol" rəhbərliyi və azarkeşlər futbolçunun başqa Kataloniya klubuna keçməsinə sərt reaksiya veriblər. Əgər "Barselona" Qarsiyanı o vaxta qədər qeydiyyatdan keçirə bilsə, şənbə günü La Liqanın ilk turunda "Malyorka" ilə matçda heyətində debüt edəcək.