"Bayern Münhen" 23 yaşlı hücumçu üçün hərəkətə keçdi

"Bayern Münhen" 23 yaşlı hücumçu üçün hərəkətə keçdi

Almaniyanın "Bayern Münhen" klubu yay transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

Olimpnews.az xəbər verir ki, Bundestim təmsilçisi "Ştuttqart"ın 23 yaşlı hücumçusu Nik Woltemade üçün rəsmi təklif yolayıb. Klub rəhbərliyi futbolçu üçün qarşı tərəfə 60 milyon  avro təklif edib. Şərtlərə bonuslar və növbəti satışdan pay da daxil edilib. Lakin "Ştuttqart" klubunun rəhbərliyi Nik Woltemadeni 75 milyon avrodan aşağı satmaq istəmir.