Paracüdoçularımız Xaçmazda təlim-məşq toplanışında iştirak edəcəklər

Paracüdoçularımız Xaçmazda təlim-məşq toplanışında iştirak edəcəklər

Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək.

Olimpnews.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanışda İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov iştirak edəcəklər.

Milli komandaya təlim-məşq müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.

Hazırlıq prosesi 15-29 avqust tarixlərində təşkil olunacaq.